“Neftçi” klubu mövsümün sonunda klubdan ayrılacağı gözlənilən Yusuf Lavala 1 milyon dollar qiymət qoyub.
Bu barədə futbolçunun agenti məlumat verib. Onun sözlərinə görə nigeriyalı yarımmüdafiəçiyə İspaniya, Almaniya və ərəb klublarından ciddi təkliflər gəlib. Hələ ki, paytaxt klubu ilə 2+1 sistemli müqaviləsi olan futbolçu mövsümün sonunu gözləyir. Əgr “Neftçi” rəhbərliyi Lavalla müqaviləni uzatmasa, o zaman yarımmüdafiəçi əsasən Almaniya və İspaniyadan olan təklifləri nəzərdən keçirəcək.